XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 21:15

“Xəstə sayının artması qaçılmazdır”- TƏBİB rəsmisi

“Bir çox xəstələri müşahidə və müalicə edə bilərik. Elə olsa, digər xəstəliklərdən əziyyət çəkənlərə necə xidmət göstərə bilərik?! Tibb işçilərini sırf koronaviruslu xəstələrə xidmət üçün yönəltsək necə olacaq?!”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“İstəyimiz resurslarımızı düzgün formada bölüşdürməkdir. Xəstə sayının artması qaçılmazdır, amma əsas odur ki, bu, nəzarət altında olsun”- deyə TƏBİB rəsmisi bildirib.

Y.Qarayeva əlavə edib ki, ilk gündən risk qrupuna aid olan şəxslərin kimlər olduğu bəlli idi: “Onlar da özlərini izolyasiya etməli, insanların sıx olduğu yerlərdən uzaq durmalı və gigiyena qaydalarına ciddi əməl etməlidirlər. Yəni həmin insanlar üçün hər hansı xüsusi hal yoxdur”.