XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

27 İyun 2020 - 12:17

COVID-19-a qarşı peyvənd üçün xeyriyyə tədbiri keçiriləcək- Tanınmış siyasi xadimlər çağırış edəcəklər

Avropa Komissiyası və “Global Citizen” təşkilatı COVID-19 virusuna qarşı peyvənd hazırlamaqla bağlı tədqiqatlara maliyyə dəstəyi məqsədilə bu gün xeyriyyə konserti və sammit keçirəcək.

“Report” DW-yə istinadən xəbər verir ki, sammitdə iştirak edəcək Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emanuel Makron və BMT-nin baş katibi Antonio Quterreş kimi tanınmış siyasi xadimlər peyvənd üçün ianə verməyə çağırış edəcəklər.

İnternet vasitəsilə birbaşa yayımlanacaq konsertdə “Coldpay” qrupu, Şakira, Maili Sairus, Castin Biber kimi tanınmış müğənnilər çıxış edəcəklər.