XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 İyun 2020 - 19:10

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur- Nazirlikdən açıqlama

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur.

Bu barədə “APA-Economics”ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. Verilən məlumata görə, 5G “Bakutel-2019” çərçivəsində pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.

5G-də tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.