XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2020 - 22:12

5G texnologiyası ilə bağlı tədqiqatlar aparılır- Açıqlama

Koronavirus pandemiyası dövründə 5G texnologiyasının perspektivləri və tətbiq sahələri ilə bağlı tədqiqatların genişləndirilməsi vacibdir.

Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov söyləyib. O, mövzunun müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyini bildirib.

İclasda 5G texnologiyasının təhlükə mənbəyi olub-olmaması, immun sisteminin zəifləməsinin əsas səbəbkarı hesab edilən elektromaqnit şüalanması və bu şüalanmanı yaradan 5G antenalar haqqında məlumat verilib(azərtac).