XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

14 Mart 2016 - 21:26

Aydın Əliyev siqaretin azalmasına aydınlıq gətirdi

 

????????????????????????????????????
 

Son aylar Azərbaycanda yaranan siqaret qıtlığına Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev  aydınlıq gətirib:

"Siqaret qıtlığının yaranmasının bir neçə səbəbi var. Onlardan biri kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 3 bloka qədər siqaretlərin Azərbaycana gətirilməsi və kommersiya məqsədləri üçün vətəndaşların istifadəsidir. Bilirsiniz ki, Gürcüstanla, Rusiya ilə bizim sərhəddimiz şəffafdır. Viza rejimi tətbiq olunmur, eyni zamanda İran İslam Respublikası ilə də viza rejimi tətbiq olunmur. Təəssüf ki, kommersiya məqsədi üçün nəzərdə tutulmayan hüquqdan kommersiya məqsədlərilə istifadə edirlər. Bununla da Azərbaycanın həm siqaret bazarına, həm də dövlət büdcəsinə ziyan vurular".

Qeyd edək ki, son iki ay ərzində Azərbaycana siqaret idxalı 6 dəfə azalıb. Son günlər Bakıdakı dükanlarda bəzi siqaret növlərinin qıtlığı müşahidə olunur.