XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2020 - 09:27

Meksikada pandemiya:bir gündə 4 mindən çox şəxs virusa yoluxub

Meksikada son sutkada koronavirus infeksiyasına yoluxma halları 4 410 artıb.

Bu barədə Səhiyyə naziri Rikardo Kortes bildirib. O, qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin sayı 212 802 nəfərə çatıb.

“Bugünkü gün Meksikada 212 802 insanda COVID-19 xəstəliyi təsdiq edilib. Təəssüf ki, bu xəstəliyin ağırlaşdırıcı hallarından 26 381 insan ölüb”, – o mətbuat konfransında deyib.

Hazırda hakimiyyət orqanları daha 67 099 pasiyentin koronavirusa yoluxma halını və 1 972 nəfərin bu virusdan ölümü ilə bağlı şübhəli halları araşdırır.

Son bir gir gündə Şimali Amerika ölkəsində koronavirusdan daha 602 nəfərin öldüyü təsdiq edilib. /Report