XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 09:37

Daha bir ajiotaj yaradan xəbər – bu dəfə metrodan

ölkə ictimaiyyətinin diqqəti Binəqədidəki yanğın hadisəsinə yönəldiyi vaxtda, daha bir panika yaradan xəbər Bakı metrosundan gəlib. Məlumata görə, metronun “Sahil” stansiyasından “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb.

Təxminən 10 dəqiqə fasilədən sonra anons edilərək sərnişinlərin qatarı tərk etməsi istənilib. Bəzi sərnişinlər anonsa riayət etsə də, digərləri vaqonları tərk etməyib.

Daha sonra qatar “İçərişəhər” əvəzinə “Sahil” stansiyasına qayıdıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 4 saylı marşrut üzrə hərəkət edən metro qatarı tunelə daxil olarkən texniki nasazlıq yaranıb: “Qatarın birinci vaqonu tuneldə qalıb. Ancaq digər vaqonlar stansiyada olduğu üçün qatardakı sərnişinlər boşaldılıb. Texniki nasazlıq qatarın əyləc sistemində baş verib. Texniki problem aradan qaldırıldıqdan sonra qatar işə salınıb”.

Strateq.az