İŞİD terrorçuları İraqın Diyala vilayətinə hücum ediblər.
Bu barədə “Baghdadtoday” portalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən xəbər verir.
Məlumata görə, hadisə Abu Hanazir kəndində qeydə alınıb. Terrorçuların nəzarət-buraxılış məntəqəsinə hücum zamanı azı 4 polis əməkdaşı həlak olub, daha 2 nəfər yaralanıb. /Report