XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2020 - 14:57

“Preparatdan ağır xəstələr üçün istifadə olunmalıdır” –ÜST-dən "Deksametazon"la bağlı daha bir açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Deksametazon” preparatının COVID-19-lu xəstələrin müalicəsində istifadəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bununla bağlı rəsmi münasibət ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəsmi səhifəsində yer alıb.

Qeyd olunub ki, “Deksametazon” preparatını COVID-19-lu ağır xəstələr üçün istifadə etmək lazımdır.

“Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub. “Deksametazon” COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir. Bu məqsədlə istifadə üçün hər hansısa bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi şəkildə əks təsir göstərir”, – deyə məlumatda bildirilib.