Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 29 iyuna olan cədvəli açıqlanıb.
Nazirlikdən verilən məlumata görə, sabah 16:15-də – Geyim üzrə dizayner ixtisası üzrə – Düz ətəyin zəncirbənd istifadə etməklə modelləşdirilməsi, 16:30-da Bitkiçilik mütəxəssisi ixtisası üzrə – Taxıl sahəsində bioloji məhsuldarlığın təyini, 16:40-da – Kompüter operatoru, dizayner ixtisası üzrə – Adobe Illustrator proqramında postun hazırlanması dərsləri olacaq.