Ermənistanda son sutka ərzində daha 482 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 7 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 433 nəfər olub.
Xəstəlikdən sağalanların sayı 13 297 nəfərdir. (apa)