XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

29 İyun 2020 - 13:36

“”Azərbaycan” IES-də milyonlarla manata qənaət olunub” –Azərenerji 

Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) yenidən qurulandan sonra çirkab sularının təmizlənməsi sistemi yaradılıb.

Bunu “Azərenerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.

V.Şahmuradovun sözlərinə görə, əvvəllər mazut qarışmış suların təmizlənməsində ciddi çətinliklər olurdu və bu da ekoloji cəhətdən problemlər yaradırdı:

“Bu problemləri aradan qaldırmaq, çirkab sularını təmizləmək üçün böyük çökdürücülər qurulurdu. Bu gün isə mazut qarışan suların təmizlənməsi üçün ciddi sistem qurulub. Həmin sistem mazutlu və yağlı suları tam şəkildə təmizləyərək suyu kanala axıtmağa imkan yaradır”.

V.Şahmuradov yenidənqurma işləri çərçivəsində qazanlarda və turbinlərdə işçi kürəklərinin də dəyişdirildiyini diqqətə çatdırıb:

“Qazanın hava qızdırıcıları, daxili boruları, eyni zamanda boruların hava yolları dəyişdirilib. Bunun faydalılıq dərəcəsinə nəzər yetirsək,  İES-in ümumi faydalılığını təxminən 10-12 qr şərti yanacaqla aşağı saldığımızı görərik. 2018-ci ilə qədər bu stansiya blokları 340-350 qr yanacaqla işləyirdisə, biz bu göstəricələri 330 qr-dan aşağı saldıq.  Stansiyanın illik enerji istehsalının təxminən 8 milyard KVt/saatdan artıq olduğunu nəzərə alsaq, milyonlarla manat vəsaitə qənaət olunması deməkdir”.