XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2020 - 21:35

Acarıstanda COVID-19:iki aydan sonra yeni yoluxmalar aşkarlanıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasında (MR) koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.

Yoluxan şəxslər yük maşını sürücüləridir.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Acarıstanda son iki ayda COVID-19-a yeni yoluxma halı təsdiqlənməyib. MR mayın 23-də “yaşıl zona” elan edilib. Bölgədə virusa 71 nəfər yoluxub, onların 1-i vəfat edib. (report)