XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2020 - 21:47

Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı –Səhiyyə naziri

Bu gün Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 115 nəfəri ötüb.

Son sutkada Türkiyədə COVID-19-a 1 374 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 198 613 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son bir gündə 1 214 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 171 809 nəfərə yüksəlib.

Son sutkada COVID-19-la bağlı 51 014 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 331 158-dir. (report)