Azərbaycanın daha 2 idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, Həsənbəy Həsənzadə və Kamran Orucov diskvalifikasiyaya məruz qalıb.
Ağırlıqqaldıran Həsənzadədən alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində Ekzogen AAS/ oksandrolon, həmçinin Ekzogen AAS/ oksimetolon metabolitləri və metasteron tapılıb. O, bu səbəbdən 144 ay (12 il) cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti 2019-cu il martın 11-dən hesablanmağa başlanılıb və 2031-ci il martın 11-də bitəcək.
Qeyd edək ki, AMADA daha öncə 53 idmançımıza cəza tətbiq edib.