XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyun 2020 - 20:14

Prezidentin köməkçisindən Dağıstanda qalan azərbaycanlılarla bağlı açıqlama:"Zorakı addımlardan çəkinmək çox vacibdir"

“Dağıstanda saxlanılan vətəndaşlarla əlaqədar onu qeyd etmək istərdim ki, digər ölkələrin ərazisində olan vətəndaşlar həmin ölkənin qayda-qanunlarına riayət etməlidir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Hər hansı bir zorakı xarakter daşıyan addımlardan da çəkinmək çox vacib xarakter daşıyır. Saxlanılan vətəndaşlarla bağlı Azərbaycanın aidiyyəti strukturları Rusiyanın hüquq-mühafizə orqanları ilə təmasdadırlar”, – H.Hacıyev bildirib/Report.