XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2020 - 11:46

Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəallığı azalıb- Rəqəmlər

Bu ilin iyun ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı may ayı ilə müqayisədə 1,4 faiz bəndi azalıb.

APA-Economics”in “Global Stats” statistika mərkəzinə istinadən verdiyi məlumata görə, iyulun 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 37,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 21,3 faiz bəndi azdır. Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Pinterest” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyun ayı ərzində 3,4 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin iyul ayının 1-nə 26,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 12,4 faiz bəndi çoxdur.

Bu ilin iyun ayı ərzində ölkə üzrə “YouTube” şəbəkəsinin istifadəçilərinin fəallığı 0,43 faiz bəndi azalıb. İyulun 1-nə olan məlumata görə, “YouTube” Azərbaycan sosial media bazarında 18,3% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Instagram”– 8,5%, “Twitter”  – 6,85, “VKontakte” – 0,81%, “Reddit” – 0,45% və s.