XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2020 - 15:41

Təhsil Nazirliyi 34 gənci xaricdə doktorantura təhsilinə göndərir- Açıqlama

“Xaricdə doktorantura təhsili üçün birinci mərhələdə 67 namizəd sənəd verib və onlardan 45 nəfəri müsahibə mərhələsinə buraxılıb”.

“Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri, “2019-2023 Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Müjdat Həsənov deyib.

O qeyd edib ki, 8 nəfər müsahibədən mənfi cavab alıb: “2 nəfər isə müsbət cavab alsa da, imtina edib. 34 nəfər yekunda qəbul olunub. Onlar da ən çox Türkiyəni seçib. Əsas təbiət ixtisasları üzrə (26%) tətqiqat sahəsinə görə müraciət olub”.

M.Həsənov əlavə edib ki, 9 yerli ali təhsil müəssisəsi də bu prosesə qoşulub: “Onlar da qarşılıqlı şəkildə xarici təhsil ocaqları ilə əməkdaşlıq edəcəklər”.

Sektor müdiri vurğulayıb ki, 4 ikili diplom proqramından ikisi üzrlə işlər yekunlaşıb: “Digər ikisi üzrə də işlər yekunlaşmaq üzrədir”.