XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2020 - 21:56

“Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” –Yeni layihənin icrasına başlanılıb

“Zəka” Ziyalılar Məclisi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olan “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” adlı layihənin icrasına başlayıb.

Birlikdən verilən məlumata görə, layihə çərçivəsində COVID-19-la bağlı hökumətin atdığı addımlar, karantin rejiminə görə zərər çəkən sahələrə və fərdlərə göstərilən dəstək, tətbiq olunan məcburi hüquqi məhdudiyyətlər, pandemiyadan sonrakı dövrə hazırlaşma, bu müddət ərzində əhalinin yararlana biləcəyi xidmətlər, həmçinin, mövcud durum və problemlərlə bağlı maarifləndirmə xarakterli materiallar hazırlanır.

Layihənin icrası dövründə mütəxəssislərin və həkimlərin birbaşa iştirakı ilə hazırlanan yazılarda COVID-19-un ilkin əlamətləri, fərdi izoliyasiya qaydaları, pandemiyalar və epidemiyalar zamanı davranış üsulları, virusdan qorunma, yerli icra qurumlarının, səhiyyə və polis əməkdaşlarının fəaliyyət istiqamətləri barəsində əhatəli məlumatlar yer alacaq. Həmçinin Azərbaycanda və xaricdə yaşayan həkimlərimizlə geniş müsahibələr dərc ediləcək. Bundan başqa, durumun ciddiyyətini insanlara çatdırmaq üçün koronavirusa yoluxmuş xəstələrdən, “Atletlər kəndi”ndə nəzarətdə olan şəxslərdən intensiv şəkildə açıqlamalar alınacaq.

Birlikdən o da bildirilib ki, artıq koronavirus pandemiyası səbəbindən elan edilən Xüsusi karantində qan xəstəliyindən əziyyət çəkənlərin qanla təminatında problemin olmaması üçün Mərkəzi Qan Bankı və onun regional bölmələri ilə bağlı koordinatların əks olunduğu banner hazırlanıb və ixtisaslaşmış tibb portalı olan Medcina.az-da yerləşdirilib. Həmçinin pandemiya və sərt karantin dövründə insanlara psixoloji yardım göstərmək üçün saytın onlayn çat bölümündə psixoloq konsultasiyası təşkil edilib.

Layihənin icrası müddətində saytın onlayn “Həkimə sualın var” bölməsində hər gün pandemiya və koronavirusla bağlı suallara cavab veriləcək. Bundan başqa, layihə ilə bağlı silsilə videoçarxlar hazırlanır və saytın 17 minə yaxın abunəsi olan “Youtube” kanalında yayımlanır.