XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 15:18

Ərdoğan koronavirus pandemiyasından sonra ilk xarici səfərinə çıxıb –FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 2-də Qətərə birgünlük işgüzar səfərə gedib. 

Bu, R.T.Ərdoğanın dünyada koronavirus pandemiyası yayılmağa başlayandan sonra ilk xarici səfəridir.

Onu maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir.

Türkiyə prezidenti Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, regional məsələlər müzakirə olunacaq/Report.