XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 17:26

Cozep Borrell Türkiyəyə səfər edəcək –Bu tarixdə

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyəyə səfər edəcək.

Bu barədə Almaniyada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, C. Borrellin səfəri iyulun 6-da baş tutacaq.

M. Cavuşoğlu qeyd edib ki, C. Borrellin səfəri zamanı Türkiyə – Aİ münasibətləri, miqrant böhranı və digər regional məsələlərin müzakirəsi nəzərdə tutulub.

XİN başçısı vurğulayıb ki, Türkiyə Aİ ilə münasibətlərini daha sağlam şəkildə inkişaf etdirmək niyyətindədir/APA.