XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 12:01

Nursultan Nazarbayev Azərbaycana səfər edəcək –Qazaxıstan mətbuatı yazdı

nazarb esas

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il Azərbaycana səfər edəcək.

Qazaxıstan KİV-ləri xəbər verir ki, bu barədə prezidentin özü Azərbaycanın Qazaxıstana yeni təyin olunmuş səfiri Rəşid Məmmədovun etimadnaməsini qəbul edərkən məlumat verib.

N.Nazarbayev səfirlə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən rəsmi dəvət aldığını və böyük minnətdarlıq hissi ilə bu dəvəti qəbul etdiyini vurğulayıb: "Azərbaycan Qafqaz regionunda bizim üçün strateji tərəfdaşdır. Biz enerji, logistika, kənd təsərrüfatı sahəsində fəal əməkdaşlıq edirik".

N.Nazarbayev, həmçinin Qazaxıstan və Azərbaycanın qədim tarixə gedib çıxan köklərə malik sıx əlaqələrinin olduğunu qeyd edib(Report)