XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

03 İyul 2020 - 10:56

Gürcüstanda koronavirus:yoluxanların sayı 943-ə çatdı

Gürcüstanda son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər isə müalicə olunaraq sağalıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 943-ə, sağalanların sayı isə 821-ə çatıb. Xəstəlikdən ölənlərin sayı isə 15 nəfər təşkil edir.

Hazırda ölkə üzrə karantində 3 080, tibbi nəzarətdə isə 242 nəfər saxlanılır. (report)