XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

03 İyul 2020 - 13:06

Azərbaycanda narkotiklərlə bağlı cinayətlərin sayı artıb –Hesabat

Cari ilin 5 ayı ərzində qeydiyyata alınmış cinayətlərin sayı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. 

Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda əksini tapıb.

Hesabatda qeyd edilib ki, cari ilin 5 ayı ərzində qeydiyyata alınmış cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 325 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 54,7 kq, qrup şəklində törədilmiş cinayətlərin sayı 65 fakt, əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 147 fakt, məsuliyyətə cəlb edilən şəxslərin sayı 234 nəfər artıb. Lakin məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 43 nəfər, qaçaqmalçılıq ilə bağlı qeydə alınmış cinayətlərin sayı 49 fakt azalıb.