XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2020 - 13:26

Azərbaycandan təxliyə olunan Gürcüstan vətəndaşında koronavirus aşkarlanıb

Gürcüstanda son sutkada koronavirus diaqnozu qoyulan 4 nəfərdən biri Azərbaycandan təxliyə olunan vətəndaşdır.

Bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxs Gürcüstan sərhədini keçəndən sonra karantin zonasına yerləşdirilib.

Həkim Gürcüstan vətəndaşının vəziyyətinin ağır olmadığını qeyd edib. (report)