XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 12:40

Bakıda Pakistanın müstəqilliyinin 69-cu ildönümünü qeyd olundu

 

pakistan02

Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 69-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. 

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Ankarada törədilmiş terror zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Səfir Xalid Usman Qayser çıxış edərək ölkələrimiz arasındakı münasibətlərə toxunaraq bunun yaxın dostluq və səmimiyyəti üzərində qurulduğunu vurğuladı. Hər iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu deyən səfir qeyd etdi ki, Azərbaycan və Pakistan bir-birini Dağlıq Qarabağ və Kəşmir məsələlərində dəstəkləyir, Pakistanın öz qonşuları, müttəfiqləri ilə əsas məsələlər üzrə mövqeyi beynəlxalq hüquqa əsaslanır.

Daha sonra iqtisadi-ticarət, təhsil, energetika və digər sahələrə toxunan  Xalid Usman Qayser, sadaladığı sahələr üzrə yaxşı əlaqələr qurulduğunu açıqladı. Ölkəsinin böyük potensialı olduğunu bir daha xatırladan diplomat dedi ki, Pakistan bütün dünyada sülh, əmin amanlıq üçün mübarizə aparmaqda davam edir.

Azərbaycan hökuməti tərəfindən çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirdi ki, ölkələrimiz arasında mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələr dostluq prinsiplərinə əsaslanır. Nazir bu ilin aprelində Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini xatırladaraq, ölkələrimizin iqtisadi və digər sahələrdə əlaqələrinin getdikcə inkişaf etdiyini açıqladı.

Strateq.az