XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 13:06

“British Airways”:"London-Bakı-London aviareysi üzrə uçuşlar dayandırılır"

14580284291622237117_1000x669

“British Airways” aviaşirkəti London-Bakı-London aviareysi üzrə uçuşları dayandırır.

Azərtac “London Air Travel”a istinadla xəbər verir ki, son uçuş aprelin 29-da həyata keçiriləcək. Uçuşların dayandırılmasının səbəbi bu marşrut üzrə tələbatın az olması və kommersiya baxımından səmərəli olmamasıdır.

Məlumatda qeyd edilib ki, aviaşirkət Londonun “Heathrow” aeroportundan Bakıya olan uçuşları ləğv edib. Səyahət planları pozulan müştərilərdən üzr istəyən “British Airways” şirkəti aprelin 29-dan sonraki tarixə bilet alan müştərilərin aviabilet üzrə ödənişlərinin tam geri qaytarılacağını bəyan edib. Həmçinin gələcəkdə bu marşrut üzrə uçuşların yenidən bərpa edilə biləcəyi də istisna edilmir.