XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

04 İyul 2020 - 19:23

Sumqayıtda karantin rejimini pozan kafenin sahibi həbs olunub- FOTO

Sumqayıt şəhərində sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe  aşkarlanıb.

Bu barədə APA-nın yerli bürosuna Sumqayıt şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nizami Paşayev məlumat verib.

N. Paşayev bildirib ki, bu gün 70 obyektə yoxlamalar həyata keçirilib və ümumilikdə 60 vətəndaş inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Şəhər ərazisində keçirilən tədbirlər zamanı 45-ci məhəllədə yerləşən “Tac” kafesinin müştərilərə yerində xidmət göstərdiyi məlum olub.  “Tac” kafesinin icarədarı Elvin Arif oğlu Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə 12  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 25 sutka həbs edilib, digərləri cərimə olunublar.