XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 İyul 2020 - 13:38

Şəki rayonunun giriş-çıxışlarında polis postları qurulub –FOTOLAR

Azərbaycanda bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Şəki rayonunun giriş-çıxışlarında polis postları qurulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, şəhərdə daim hərəkətin intensiv olduğu küçə və prospektlərdə hazırda boşluq müşahidə olunur.

Polis əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən mərkəzi küçələrlə yanaşı məhəllə arası yollara da nəzarət edilir.

Sakinlərin əksəriyyəti tərəfindən karantin rejimi anlayışla qarşılansa da, bir neçə şəxs qaydaları pozduqları üçün barələrində qanunauyğun tədbirlər görülüb.

Qeyd edək  ki, dünəndən etibarən polis əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıblar, onlara sərtləşdirilmiş karantin rejiminin tələb və qaydalarını izah ediblər.