Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 953-ə çatıb. Xəstəlikdən 830 nəfər sağalıb, 15 nəfər isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 3 828, stasionar nəzarətdə isə 192 nəfər saxlanılır. (Report)