XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2020 - 12:59

“WizzAir” Gürcüstan bazarını tərk etməyəcək” – Zalkaliani

“WizzAir” Gürcüstan bazarını tərk etməyəcək”.

Bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Gürcüstanda səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Gürcüstan tərəfi yaxın gələcəkdə həyata keçiriləcək uçuşların ardıcıl və mərhələli planlaşdırılması üçün şirkət nümayəndəliyi ilə daimi əlaqədədir: “Son vaxtlar danışılanlar fərziyyədir və reallıqla əlaqəsi yoxdur. “WizzAir” heç bir yerə getmir, Gürcüstanda qalır və fəaliyyətini davam etdirir. Uçuşların bərpa edilməsi ilk növbədə epidemioloji vəziyyətdən asılıdır, çünki burada da xüsusi qayğıya ehtiyac var”.

Qeyd edək ki, bir müddət əvvəl Macarıstanın lou-kost aviaşirkəti “WizzAir”in Kutaisidəki bazasını bağlaması və Gürcüstan bazarını tərk edəcəyi barədə xəbərlər yayılıb. (apa)