XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2020 - 12:27

“Gəncə hadisələri”nə görə daha bir məhkəmə başlayır

Gəncə hadisələri ilə bağlı tutulan daha iki nəfər barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yusif Sadıxov və Müşfiq Qurbanovun barəsində olan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

İş üzrə zərərçəkən şəxs qismində Gəncə şəhər sabiq icra başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazov tanınıb.

Qeyd edək ki, əsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var. (apa)