Gürcüstanda fitnes mərkəzləri və üzgüçülük hovuzları fəaliyyətlərini bərpa edəcəklər.
Bu barədə Gürcüstan hökumət qərar qəbul edib.
Sabahdan etibarən Əmək Müfəttişliyi həmin obyektlərdə müvafiq yoxlamalar həyata keçirəcək. Fitness mərkəzlər və hovuzlar üçün xüsusi təlimat artıq hazırlanıb. Yoxlamadan uğurla keçən bu cür obyektlərin fəaliyyətinin dərhal bərpasına icazə veriləcək.
Bununla yanaşı, Gürcüstanda qapalı məkanlarda təlim və konfransların keçirilməsi artıq mümkün olub. Bu gündən peşə təhsili müəssisələri də işini bərpa edib. Açıq məkanlardakı atraksionların fəaliyyətinə qoyulan qadağa da götürülüb. (report)