XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 14:10

Deputat: “Azərbaycanda nazirliklərin sayı azaldılmalıdır”

Əli Məsimli

Strateq.az-ın report.az-a istinadən verdiyi xəbərə görə, bu təkliflə deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib.

"Azərbaycanda nazirliklərin sayı çoxdur. Hazırda ölkədə 20 nazirlik var. Bu məsələ islahatlara ciddi maneçilik göstərən amillərdən olacaq. Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatların genişlənməsinə imkanlar aça bilər", – deyə millət vəkili qeyd edib.

Həmçinin, Ə.Məsimli çıxışı zamanı indiki zamanda regionların potensialından istifadənin vacibliyinə də diqqət çəkib.