XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2020 - 22:18

Türkiyədə koronavirusdan daha 16 nəfər ölüb –Səhiyyə naziri

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 16 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir yazıb ki, son 24 saatda 52 193 şübhəli koronavirus testindən keçib, onlardan 1086-nın cavabı pozitiv çıxıb. Bu gün daha 2315 xəstə sağalıb.

Türkiyədə indiyədək 206 844  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5241 nəfər ölüb, 182 995 nəfər müalicə olunaraq evə buraxılıb. (apa)