Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin 21 əməkdaşı koronavirusa yoluxub.
Bu barədə şöbənin əməkdaşı Etibar Abbasov açıqlama verib.
O bildirib ki, Reanimasiya şöbəsində artıq xəstələrə baxan tibb işçisi yoxdur:
“Mən də daxil olmaqla, şöbənin 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz “tükənmişik” deyəndə, siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur”.