XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 14:54

“Xəstəxanalardakı xoşagəlməz vəziyyəti aradan qaldırın!” –Deputat nazirə səsləndi

oqtay-sireliyev

 

“Səhiyyə sahəsində, xəstəxanalarda yaranmış xoşagəlməz vəziyyətlərin aradan qaldırılmasını səhiyyə naziri Oqtay Şirəliyevdən xahiş edirəm”.

Bunu Milli Məclisin iclasında parlamentin Səhiyyə Komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, indiki şəraitdə geniş özəlləşdirməyə getmək lazımdır.

Deputat qeyd edib ki, müəyyən dövlət rüsumlarını müəyyən edərək şəxsi evlərin, mənzillərin özəlləşdirilməsinə gedilərək büdcəyə vəsait gələ bilər. Bundan əlavə o, deputat seçildiyi bölgənin problemlərinə də toxunub:

“Yardımlı rayonunda işıq dirəklərinin köhnəlməsi və sıradan çıxması nəticəsində onlar meşədən qırılan ağaclarla əvəzlənib, lakin bunlar təhlükə mənbəyidir. Həmçinin maliyyə yükünün nə qədər olmasına baxmayaraq, Yardımlı və Masallı rayonlarının sərhəd kəndlərində ATS-lərin quraşdırılmasına diqqət yetrilməlidir. Bununla bağlı rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə də danışmışam. Bu məsələlərə diqqət yetirilməlidir”.