XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2020 - 14:43

Bakını niyə kəskin iy bürüyüb? –Böyük Şor gölündən analiz götürülüb

“İyulun 6-da axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən su nümunəsi üzərində aparılan monitorinq və analizlərin nəticələri məlum olub”. 

Bunu jurnalistlərə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib.

O qeyd edib ki, nəticələrə görə nümunə yaşılımtıl rəngli və bataqlıq qoxuludur, codluğu 1.8,  xlorid ionu 15.5,  ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə ionlar normadan 11.6  dəfə çox qeydə alınıb.

V.Əliyev bildirib ki, Sobsan fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalarımız davam edir.

Son günlər Bakı şəhəri, Abşeron yarımadasında  yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub/APA.