Bu gün Binəqədi rayonunda baş verən və 16 nəfərin ölümünə, 60-dan artıq adamın xəsarət almasına səbəb olan dəhşətli yanğın paytaxt əhalisində ciddi təşviş yaradıb.
Strateq.az musavat.com-a istinadən bildirir ki, onların bir qismi yanğına bu yaxınlarda köhnə binaların fasadına çəkilmiş plastik üzlüklərin səbəb olması səbəbində bəzi tədbirlə görmək fikrinə düşərək öz binalarının fasadına çəkilmiş plastik üzlükləri qoparmağa başlayıblar. Gördüyünüz şəkil 8-ci kilometr qəsəbəsində çəkilib.