XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 17:36

Kəmələddin Heydərovla görüşmək istəyənlərin diqqətinə: –Qəbul günü açıqlandı

kamaleddin-1

Azərbaycan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 17 mart 2016-cı il tarixində Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Strateq.az ​Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qəbulda yalnız Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) 16 mart 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14

e-mail: [email protected]