XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2020 - 16:45

Rusiyadan 13 ölkəyə uçuşları bərpa etmək təklif olunur –Siyahı

Rusiyanın “Rospotrebnadzor” Federal Xidməti 13 ölkəyə uçuşları bərpa etməyi təklif edib.

Bu barədə “Rospotrebnadzor” rəhbərinin müavini Mixail Orlov tərəfindən “Rosaviasya” və Nəqliyyat Nazirliyinə göndərilən məktubda bildirilib.

Rusiyadan uçuşların bərpa olunmasının təklif olunduğu ölkələrdən 9-u Avropa (Almaniya, İtaliya, Böyük Britaniya, Finlandiya, Polşa, Danimarka, Macarıstan, Niderland və Norveç), 4-ü isə Asiya (Çin, Şri-Lanka, Vyetnam və Monqolustan) ölkələridir.

Uçuşların bərpa tarixi isə məktubda qeyd olunmayıb/APA.