XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2020 - 21:00

Zakir Həsənov Hulusi Akara başsağlığı verdi:"Xəbər məni çox kədərləndirdi"

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Sakarya vilayətində baş vermiş partlayış nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Strateq.az MN-ə istinadla xəbər verir ki, başsağlığında deyilir:

“Pirotexniki vasitələrin utilizasiyası zamanı baş vermiş partlayış nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması haqqında xəbər məni çox kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.

Allah rəhmət eləsin”.