XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2015 - 12:23

Baş verən yanğın bir iş adamının həbsinə səbəb oldu – Rəsmi
Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri yanğınla bağlı daha bir məlumat yayıblar.
Strateq.az xəbər verir ki, məlumatda fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığı bildirilib və əlavə olunub ki, istintaq qrupunun ilkin araşdırması zamanı qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Məlumatda o da qeyd olunur ki, həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.
Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.