XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2020 - 15:37

Bu il Azərbaycanda 4 vulkan püskürüb – AMEA

“Bu il üçün Azərbaycanda 6 vulkanın püskürməsi proqnozlaşdırılmışdı, onlardan 4-ü püskürüb”.  

Bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. O bildirib ki, iki vulkanın püskürməsi barədə hələ ki məlumat yoxdur: “Karantinlə əlaqədar hazırda işləmirik. Qobustanda  vulkan çoxdur. Ola bilsin ki, orada püskürmə baş verib. Ola bilməz ki, ilin əvvəlindən  püskürmə olmasın. Amma hansı vulkanlardır, haradadır, haqqında məlumatımız yoxdur. Biz adətən yayda ekspedisiya təşkil edirik. Yaşayış məntəqələrindən uzaqda olduğuna görə, məlumatımız olmayan bəzi vulkanlar  barədə ekspedisiya zamanı məlumat əldə edirik. Bu il pandemiya ilə bağlı ekspedisiya qalıb. Əhali tərəfindən də vulkan püskürməsi ilə bağlı məlumat daxil olmayıb. Karantin bitdiyi halda ekspedisiya təşkil olunacaq”.