XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

11 İyul 2020 - 14:30

Sabah hava necə olacaq? –Proqnoz

12 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

12 iyulda Azərbaycanın rayonlarında gecə və səhər şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu  düşəcəyi, gündüz əksər rayonlarda yağışın tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 19-24, gündüz  30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.