XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 12:59

Yanğında ölənlərin adları açıqlandı – Siyahı

Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar dünyasını dəyişən və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilən 14 nəfərdən 11-nin kimliyi məlum olub.

Bu barədə “Report”a Birliyin sədri Şakir Musayev məlumat verib.

O bildirib ki, vəfat edənlər Cavadov ömər Vüqar oğlu (1,5 yaş), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) və bacı-qardaş – Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) və Nəcəfzadə Yaşar Fazil oğludur (27 yaş), bacı-qardaş – Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova ülkər Hamir qızıdır (21 yaş).

Hazırda digər ölənlərin şəxsiyyətlərinin müəyyənləşməsi istiqamətində iş aparılır.