XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 00:54

ABŞ dövlət katibi Moskvaya gedir –Putinlə görüşəcək

524839952

 

ABŞ Dövlət katibi Con Kerri gələn həftə Moskvaya gedəcək. Səfər zamanı Rusiya qüvvələrinin Suriyadan çıxarılması və Suriyada siyasi keçid prosesi müzakirə olunacaq.

Kerri martın 15-də bildirib ki, səfər zamanı prezident Vladimir Putinlə görüşəcək. O, Suriyada sülh prosesinin çox vacib mərhələyə çatdığını deyib.

Qeyd edək ki, Rusiya martın 15-dən Suriyadakı əsas hərbi qüvvələrinin çıxarılmasına başlayıb.

Rusiya Suriya müharibəsində prezident Bəşər Əsədin, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayır. (Azadlıq Radiosu)