XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2020 - 21:48

Ədliyyə Nazirliyinin vəzifələri artırılıb

Ədliyyə Nazirliyinin vəzifələri artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.

İndiyə qədər Ədliyyə Nazirliyi bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirirdi.