XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyul 2020 - 09:00

Saatlıda qatar avtomobili vurub:xəsarət alanlar var

Saatlı rayonunda qatar avtomobili vurub.

Hadisə Saatlının Sarıcalar kəndində qeydə alınıb.

Soltanabad kənd sakini, 1994-cü il təvəllüdlü İbrahimov Əlizahid Adıgözəl oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil dəmir yolu xəttini keçən zaman onu qatar vurub. Nəticədə sürücü və avtomibildə olan sərnişinlər – Soltanabad kənd sakinləri, 1994-cü il təvəllüdlü Rzayev İmanverdi Rza oğlu, 1996-cı il təvəllüdlü Rzayev Ceyhun Rza oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Sonuncu kəllə-beyin travması ilə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır./APA