XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyul 2020 - 09:48

“Dostlarımız uğrunda vuruşacağıq” –Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verib

Ağ Ev Administrasiyası Venesuela və Kuba uğrunda “mübarizə aparmağa” hazırdır.

Bu barədə ABŞ prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin Cənub komandanlığının qərargahında çıxışı zamanı bildirib.

“Biz Venesuela uğrunda vuruşacağıq. Biz Kubadakı dostlarımız uğrunda vuruşacağıq”, – Tramp deyib.

O, həmçinin əmin edib ki, bu ölkələrdə vəziyyətlər ABŞ-ın “nəzarəti altında”dır.

Venesuela prezidenti Nikolas Maduro da öz növbəsində ABŞ hökumətini “çirkli yalan”ın yayılmasında ittiham edib. O, Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayenin Venesuelanı “narkodövlət” adlandırmasına belə reaksiya verib. /Report